"Zərbələrə dözə bilmirəm" - UFC çempionu

"Zərbələrə dözə bilmirəm" - UFC çempionu

Amerikalı keçmiş UFC çempionu Lyuk Rokhold peşəkar döyüş karyerasını bitirmək qərarına gəlib. "Artıq 40 yaşım var. Zərbələrə dözə bilmirəm. Gələcəyimi daha yaxışı yaşamaq  istəyirəm. Bu idmanda çox şey əldə etmişəm", - deyə Rokhold jurnalist Ariel Helvaninin podkastında vurğulayıb.
Məlumat üçün bildirək ki, Lyuk Rokholdun peşəkar döyüşlərə 2007-ci ildə qoşulub. Onun aktivində 16 qələbə və 6 məğlubiyyət var.