Lənkəranda idman tədbiri keçirilib

Lənkəranda idman tədbiri keçirilib

Lənkəranda Heydər Əliyev adına Xatirə Parkında "İdman hamı üçün" layihəsi çərçivəsində futbol, voleybol, taekvondo, atletika, cüdo, boks, ağırlıqqaldırma, kyokuşin karate, kəndirlə mübarizə, şahmat, dama və digər mütəhərrik oyun növləri üzrə göstərilən nümunəvi çıxışlar böyük maraqla qarşılanıb.

Olimpnews.az xəbər verir ki, Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışın təşkil edilməsində əsas məqsəd əhali arasında idmanın təbliği, idmana marağın artırılması, fiziki inkişafına, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkili olub. Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, idarənin nəzdində Lənkəran şəhər Uşaq Gənclər İdman Məktəbinin kollektivi, Lənkəran” İdman klubunun kollektivi, Lənkəran Gənclər Evinin kollektivi və rayon sakinləri iştirak ediblər.