Lerikdə Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lerik şəhər Heydər Əliyev Meydanında "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib.
Olimpnews.az xəbər verir ki, müxtəlif yaş kateqoriyasından olan şəxslər idmanın gimnastika, futbol, voleybol, şahmat, nərd, uzunluğa tullanma, tibbi topun atılması, qol güləşi, turnikdə dartınma, ağırlıqqaldırma, daş qaldırma, kəndirlə mübarizə növləri üzrə, kiçik yaşlı iştirakçılar isə əyləncəli oyunlarda öz güclərini sınayıblar.
Kütləvi idman tədbirinin təşkilində məqsəd əhali arasında idmanın təbliği, idmana marağın artırılması, fiziki inkişafa, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkili olub və 105 nəfər idmançı, 50 nəfər şəhər sakinin iştirak ilə baş tutub.