İspaniyanın "Real Sosyedad" klubu ilə matçda qırmızı vərəqə alaraq meydandan qovulan Din Hüysen 1 matçlıq cəza aldıb.
Olimpnews.az xəbər verir ki, "kral klubu"nun rəhbərliyi cəza ilə bağlı şikayət edəcək.
Qeyd edək ki, İspaniya Hakimlər Komitəsi və Rəqabət Komitəsi epizodu sarı vərəqə kimi qiymətləndirib. Hakim Xesus Gil Manzanonun hesabatına əsasən, Hüysen 31-ci dəqiqədə rəqibini yıxaraq açıq qol imkanının qarşısını aldığı üçün qırmızı vərəqə alıb. Bununla belə, Hakimlər Komitəsi bildirib ki, Mikel Oyarzabala qarşı baş verən epizodda qol şansının qarşısının alınması üçün tələb olunan bütün şərtlər tam şəkildə mövcud olmadığından, ən uyğun qərar qırmızı yox, sarı vərəqə olmalı idi.
"Real"ın futbolçusu bir oyunluq cəzalanıb
