Oktyabrın 23-24-də Şəki Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında Şimal-Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək.
Olimpnews.az xəbər verir ki, U-14 və U-17 yeniyetmələr arasında keçiriləcək turnirlərdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan cüdoçuları qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, U-17 üzrə birincilik milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.