Bu gün Azərbaycan Basketbol Liqasında IV turun oyunlarına start veriləcək.
Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma təşkil olunacaq. Saat 19:00-da baş tutacaq günün yeganə matçında "Sabah" və "Gəncə" komandaları üz-üzə gələcək. Oyun Bakı İdman Sarayında keçiriləcək.
Qeyd edək ki, "Sabah" A qrupunda 6 xalla birinci, bir oyun az keçirən "Gəncə" isə 3 xalla dördüncüdür.