Dünya çempionu böyük idmanla vidalaşır

Dünya çempionu böyük idmanla vidalaşır

Formula 1 üzrə 2009-cu ildə dünya çempionu olan Censon Batton noyabr ayında yarış karyerasını bitirəcək. Noyabrın 8-də «Bəhreynin Səkkiz Saatı» yarışında 45 yaşlı Batton son dəfə yarış həyəcanın yaşacaq.

"Bu, mənim son yarışım olacaq. Mən həmişə Bəhreyni sevmişəm. Düşünürəm ki, bu maraqlı bir trekdə son yarışımıdan bacardığım qədər zövq alacağam. Yarışlara görə uşaqlarımın necə böyüdüyünü görə bilməmişəm. Son bir neçə ildə çox şeydən məhrum olduğumu hiss edirəm. Ailəmə vaxat ayrımağın tam vaxtıdır", - deyə Batton BBC-yə müsahibəsində bildirib.

Qeyd edək ki, britaniyalı pilot 2009-cu ildə «Brawn» komandası ilə Formula 1 çempionluq titulunu qazanıb. O, 306 Formula 1 yarışında iştirak edib və onlardan 15-də qalib gəlib.