Paris məhkəməsi pilotun iddiasına cavab verəcək

Paris məhkəməsi pilotun iddiasına cavab verəcək

Paris məhkəməsi isveçrəli pilot Laura Vilların Beynəlxalq Avtomobil Federasiyasına (FIA) qarşı iddiası ilə bağlı qərarı dekabrın 3-də açıqlayacaq. Olimpnews.az Reutersə istinadən xəbər verir ki, FIA prezident seçkilərində iştirak etmək istəyən Villar əvvəllər yeganə namizədin hazırkı prezident Məhəmməd bin Süleym olduğunu nəzərdə tutan mövcud qaydalara etiraz olaraq təşkilata qarşı iddia qaldırmışdı. İş üzrə ilk məhkəmə iclası noyabrın 10-da keçirilib.

Məlumat üçün bildirək ki, FIA prezident seçkiləri bu il dekabrın 12-də Özbəkistanın Daşkənd şəhərində keçiriləcək.