“Mercedes” komandasının rəhbəri Toto Volff hesab edir ki, dördqat dünya çempionu, “Red Bull Rasing” pilotu Maks Verstappen üçün bu mövsüm artıq titulsuz başa çatacaq. "Maks neçə xal geridədir? 49? Həmin gəmi sahildən çoxdan uzaqlaşıb", - deyə Racingnews365 Volffdan sitat gətirir.
Formula 1, Pilotların sıralaması (ilk 10-luq):
1. Lando Norris (McLaren) – 390 xal.
2. Oscar Piastri (McLaren) - 366
3. Maks Verstappen (Red Bull) - 341
4. Corc Rassel (Mercedes) - 276
5. Şarl Lekler (Ferrari) - 214
6. Lyuis Hemilton (Ferrari) - 148
7. Andrea Kimi Antonelli (Mercedes) - 122
8. Aleks Albon (Williams) - 73
9. Niko Hülkenberq (Kick-Sauber) - 43
10. İsak Hacar (Racing Bulls) - 43


