Keçmiş Formula 1 pilotu Ralf Şumaxer hesab edir ki, "Ferrari" yeddiqat dünya çempionu Luis Hemiltonla yollarını ayırmalıdır. ""Ferrari" "Haas" üçün inanılmaz işlər görən gənc Oliver Bermann var. Onun qiyməti Hemiltondan daha ucuz olacaq. Mənə elə gəlir ki, Formula 1 yarışları Hemilton üçün çox sürətli olub. Düşünürəm ki, Luisin seçmə mərhələdə yaxşı bir dövrə vurması üçün çox enerjiyə ehtiyacı var. O, Lekleri qabaqlamaq üçün daha çox çalışarkən, ciddi səhvlərə yol verir. Hemilton "Ferrari"ni düzgün idarə edə bilmir", - deyə "F1-Insider" Şumaxerdən sitat gətirib.
"Hemilton "Ferrari"ni düzgün idarə edə bilmir"


