"Red Bull"un keçmiş rəhbəri Formula 1-də səhm sayını artırır  

"Red Bull"un keçmiş rəhbəri Formula 1-də səhm sayını artırır  

"Red Bull"un keçmiş rəhbəri Kristian Horner komandalardan birində pay almaq üçün Yaxın Şərq və ABŞ-dakı səhmdarlarla birgə konsorsium yaradır. 
Olimpnews.az xəbər verir ki, "Joeblogsf1" bloqunda məlumat paylaşan jurnalist Co Seyvudun sözlərinə görə, bu Hornerin Formula 1-dəki təcrübəsi, əlaqələri və idarəetmə təcrübəsi müqabilində komandada pay almasına imkan verəcək. Qeyd olunur ki, "Alpine" və "Aston Martin" onun üçün ən məntiqli namizədlər hesab olunurlar.