“Güc aqreqatı mürəkkəb və çətin bir mövzudur” - Binotto

“Güc aqreqatı mürəkkəb və çətin bir mövzudur” - Binotto

“Audi”nin əməliyyat və texniki direktoru, keçmiş “Ferrari” rəhbəri Mattia Binotto yeni mövsüm üçün hazırlanan mühərriklərin heç də asan gəlmədiyini diqqətə çatdırıb. "Bu, çətin bir işdir. Güc aqreqatı mürəkkəb və çətin bir mövzudur. Mühərrikin hazırlanması şassi və aerodinamikanın hazırlanmasından daha çox vaxt tələb edir. Komanda onu bir neçə il əvvəl hazırlamağa başladı. Hazırda mövsümün əvvəlində hər şeyin qaydasında olduğundan əmin olmaq üçün orada etibarlılığını sınaqdan keçiririk. Bu, bizim üçün uzun bir səyahət olacaq. Hamımız həyəcanlıyıq", - deyə “Racing News 365” Binottodan sitat gətirib.