““Honda” “Ferrari” qədər sürətli deyildi, amma…” -  Batton

““Honda” “Ferrari” qədər sürətli deyildi, amma…” -  Batton

2009-cu il Formula 1 üzrə dünya çempionu  olan Censon Batton indiyə qədər idarə etdiyi “ən yaxşı avtomobil”in adını çəkib. "Mənim fikrimcə, ən yaxşı avtomobil 2011-ci ildə idarə etdiyim “McLaren” idi. Bu, indiyə qədər sürdüyüm ən yaxşı Formula 1 avtomobili olub. Əgər söhbət sırf sürücülük təcrübəsindən gedirsə, deyərdim ki, 2004-cü ildəki “Honda” da xüsusi olub. Həmin vaxt bizim çevik arxa qanadımız və V10 mühərrikimiz var idi. “Honda” “Ferrari” qədər sürətli deyildi, amma fantastik bir avtomobil sayılırdı. Mən orada 10 dəfə podiuma çıxdım, amma yarışın qalibi ola bilmədim. “Brawn” avtomobilini də unutmaq olmaz. Hamı deyir ki, bu, indiyə qədər sürdüyüm ən yaxşı avtomobildir, elə deyilmi? Amma əsl problem onda idi ki, 2008-ci ildə qaydalar yüksək aşağı qüvvə dizaynlarını tələb edirdi. Buna görə də 2009-cu ildə qüvvə səviyyələri aşağı düşdü. Deməli, bu avtomobil rəqiblərindən daha yaxşı olub. Lakin bu maşın o  qədər də sürətli deyildi və zəif cəhətləri var idi", - deyə “F1Oversteer” Battondan sitat gətirib.