Hollivud aktyoru Brazilyadakı yarışa hazırlaşır

Hollivud aktyoru Brazilyadakı yarışa hazırlaşır

Məşhur Hollivud aktyoru Maykl Fassbender noyabrın 22-də İnterlaqosda keçiriləcək «Braziliya Porsche Kuboku»nun 500 km-lik yarışının final mərhələsinə qoşulacaq. Motorsport Brasil-in məlumatına görə, o, yarışın pilot məsləhət proqramının rəhbəri Maks Vilsonla birlikdə sükan arxasında əyləşəcək. Qeyd edək ki, 48 yaşlı aktyor uzun müddətdir ki kino və motor idmanını bir araya gətirib. Makl 2017-ci ildə «Ferrari Challenge» yarışında debüt edib və Avropada «Le Man» Seriyasında dörd mövsüm keçirib.