Yeddiqat dünya çempionu «Ferrari»nin xüsusi dəbilqəsini təqdim edib

Yeddiqat dünya çempionu «Ferrari»nin xüsusi dəbilqəsini təqdim edib

«Ferrari»nin formula üzrə yeddiqat dünya çempionu Luis Hemilton Las Veqas Qran-Prisində komandanın isitfadə edəcəyi xüsusi dəbilqəni təqdim edib. Hemilton sosial mediada yer alan fotonun altından "İşıq Şəhəri üçün xüsusi bir anlam" sözlərini yazıb. Dəbilqə parlaq örtüklü açıq rəng sxeminə malikdir. Xatırladaq ki, Las Veqas Qran-prisi 21-23 noyabr tarixlərində keçiriləcək.