"McLaren" "Google" ilə əməkdaşlığını genişləndirir 

"McLaren" "Google" ilə əməkdaşlığını genişləndirir 

Formula 1 üzrə "McLaren" "Google" ilə müqaviləsinin müddətini artırıb. Əməkdaşliğin bir hissəsi olaraq, komanda "Google"nin süni intellektlə işləyən köməkçisi "Gemini"dən fəal şəkildə istifadə edəcək.

"Google ilə tərəfdaşlığımız həmişə ortaq innovasiya və performans dəyərləri üzərində qurulub. "Gemini"nin təqdimatı həyəcanverici yeni bir addımdır və süni intellektin komandamızı həm meydanda, həm də kənarda necə dəstəkləyə biləcəyini daim araşdırmağa imkan verir", - deyə "McLaren"in baş direktoru Zak Braun bildirib.