Milli Olimpiya Komitəsində Şimali Kipr nümayəndələri ilə görüş keçirilib
Olimpizm xəbərləri
24.11.2025, 18:21
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Şimali Kipr Türk Cümhuriyyəti Milli Olimpiya Komitəsinin nümayəndə heyəti ilə rəsmi görüş keçirilib. Olimpnews.az xidməti xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katib Azər Əliyev, Şimali Kipr Türk Cümhuriyyəti Milli Olimpiya Komitəsinin prezidenti Orçun Kamalı və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Təmsilçiliyinin üçüncü katibi Görkem Reis, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov, mətbuat katibi Murad Fərzəliyev iştirak ediblər. Görüşdə Şimali Kipr Türk Cümhuriyyəti arasında idman əlaqələrinin genişləndirilməsi, beynəlxalq təlim-məşq toplanışlarının təşkili və beynəlxalq yarışlarda əməkdaşlıq imkanları müzakirə olunub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları salamlayaraq Azərbaycan idmançılarının İslam Həmrəyliyi Oyunlarında iştirakı və əldə olunan nəticələrlə bağlı məlumat verib. O, Bakı-2017-dən sonra Azərbaycan idmançılarının ən uğurlu nəticəsini Türkiyənin Konya şəhərində keçirilən İslamiadada olduğunu bildirib. Vitse-prezident həmçinin, Şimali Kiprdə yüksək səviyyəli təlim-məşq bazalarının olduğunu vurğulayıb. Şimali Kipr Türk Cümhuriyyəti Milli Olimpiya Komitəsinin prezidenti Orçun Kamalı səmimi qəbula görə minnətdarlığını bildirərək rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. O, İslam ölkələri arasında keçiriləcək beynəlxalq yarışlarda təmsil olunmaq istədiklərini və bu istiqamətdə Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyinə ümid etdiklərini qeyd edib. Çingiz Hüseynzadə görüş zamanı qarşılıqlı idman əlaqələrinin daha da gücləndirilməsi, həmçinin İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) ikinci vitse-prezidenti kimi beynəlxalq əməkdaşlıq və digər istiqamətlərdə MOK-un dəstək göstərməyə hazır olduğunu bildirib. Sonda tərəflər arasında xatirə hədiyyələri təqdim olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol