Cessi Linqard "Seul"dan ayrılır

Cessi Linqard "Seul"dan ayrılır

İngiltərəli futbolçu Cessi Linqard "Seul" klubundan ayrılıb.   

Olimpnews.az xəbər verir ki, 32 yaşlı futbolçu müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. 

Lingard Cənubi Koreya təmsilçinin heyətində iki mövsüm ərzində 66 matçda forma geyinib. O, bu oyunlarda 18 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.