"Real" doğma meydanda məğlub oldu

"Real" doğma meydanda məğlub oldu

Futbol üzrə İspaniya La Liqasında 16-cı turun daha bir oyunu keçirilib. 
Olimpnews.az xəbər verir ki, Madrid təmsilçisi "Real" doğma meydanda "Selta"nı qəbul edib. 
Oyun qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Selta"nın heyətində Villiot Svedberq (53, 90+3) fərqlənib. Qələbə sayəsində xallarının sayını 19-a çatdıran "Selta" 10-cu pillədə qərarlaşır. Xal itkisi ilə üzləşən "Real" isə 36 xalla ikincidir. "Kral klubu" əzəli rəqibi "Barselona"dan 4 xal geri qalır.