Vankuver-2010 Qış Olimpiya Oyunlarının çempionu olan 41 yaşlı amerikalı dağ xizəkçisi Lindsi Vonn gələn il İtaliyda keçirilən olimpiadaya vəsiqəni təmin edib.
"Kortinada keçiriləcək Olimpiya Oyunlarına rəsmi olaraq vəsiqə qazandım!!!" Ölkəmi beşinci və sonuncu Olimpiya Oyunlarında yenidən təmsil etməkdən şərəf duyuram! Dağ xizəyinə qayıtmaq qərarına gələndə həmişə Kortinanı düşünürdüm. Bura mənim üçün xüsusi bir yerdir. Heç bir nəticəyə zəmanət verə bilməsəm də, sona qədər mübarizə apraracağam. Kortinada görüşənədək!!" - deyə Vonn şəxsi sosial media səhifəsində yazıb.
Məlumat üçün bildirək ki, növbəti Qış Olimpiadası gələn ilin fevralında İtaliyanın Milan və Kortina di Ampetso şəhərlərində keçiriləcək.
Olimpiya çempionu Qış Olimpiadasına vəsiqə qazanıb


