Fransanın "Nitsa" klubu rəsmi saytında yeni baş məşqçinin adını açıqlayıb.
Olimpnews.az xəbər verir ki, Frank Ezenin istefasından sonra Klod Pyuel bu posta təyin olunub.
Məlumat üçün bildirək ki, Pyuel 2012-ci ildən 2016-cı ilə qədər "Qartallar"da işləyib. Məlumat üçün bildirək ki, on altı turdan sonra "Nitsa" hazırda Liqa 1-də 13-cü pillədə qərarlaşıb.


