Afrika Millətlər Kuboku: B qrupunda mübarizəyə yekun vuruldu

Afrika Millətlər Kuboku: B qrupunda mübarizəyə yekun vuruldu

Mərakeşdə keçirilən futbol üzrə Afrika Millətlər Kubokunda B qrupunda üçüncü turun oyunlarına yekun vurulub. 

Olimpnews.az xəbər verir ki, qrupun digər oyununda Zimbabve komandası Cənubi Afrika komandasını qəbul edib. Oyun Cənubi Afrika millisinin minimal hesablı qələbəsi ilə başa çatıb -2:3. Beləliklə, Misir millisi 7 xalla qrupu birinci, bir xal geri qalan Cənubi Afrika yığması isə ikinci pillədə başa vuraraq 1/8 final mərhələsinə vəsiqə əldə edib. Anqola 2 xalla üçüncü, Zimbabve isə 1 xalla sonuncu, dördüncü pillədə yer alıb.