Yüksək Liqada növbəti oyunlar keçiriləcək

Yüksək Liqada növbəti oyunlar keçiriləcək

Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək. 

Kişilərin yarışında VIII turdan təxirə salınmış matçda "Azerreyl" və "Xilasedici" komandaları üz-üzə gələcək. Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən oyunun start fiti saat 17:00-da səslənəcək. 

Qadınların mübarizəsində isə IX turun iki qarşılaşması təşkil olunacaq. "Murov Az Terminal" "Turan"la, "Milli Aviasiya Akademiyası" "DH Volley"lə münasibətlərə aydınlıq gətirəcək.

Hər iki oyun saat 17:00-da başlayacaq. İlk oyun "Murov Az Terminal"ın, ikinci matç isə "Milli Aviasiya Akademiyası"ının idman zalında keçiriləcək.