Asiyalı idmançılar olimpiadadan uzaqlaşdırıldılar

Asiyalı idmançılar olimpiadadan uzaqlaşdırıldılar

Cənubi koreyalı xizəkçilər Li Eui-cin və Han Da-som İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında klassik sprint yarışlarından kənarlaşdırılıblar.
Olimpnews.az "Expressen" qəzetinə istinadən xəbər verir ki, əvvəlcə idmançılar ilk 30-luğa düşə bilməyiblər. Lakin finişdən sonra təşkilatçılar xizəkçilərin 2023/24 mövsümündən bəri qadağan olunmuş flüorid gelindən istifadə etdiklərini aşkar ediblər. Buna görə də onların seçmə mərhələdəki nəticələri ləğv edilib.