Azərbaycanın “ Olimpic” komandası gümüş medal aldı

Azərbaycanın “ Olimpic” komandası gümüş medal aldı


May 4 – 8-də Mingəçevir şəhəri " Kür” Olimpiya tədris- idman mərkəzi”nin bazasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş su polosu üzrə gənclər arasında beynəlxalq turnir keçirildi.
Olimpnews.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə Rusiya, Belarus, Macarıstan, Gürcüstan və Azərbaycan komandalari iştirak edirdi. Qeyd edək ki, Azərbaycan bu yarışda "Olympic” və "Azərbaycan 2” komandaları ilə iştirak edirdilər.
Mübarizə nəticəsində Macarıstan 1-ci, Azərbaycanın " Olimpic” komandası 2-ci , Gürcüstan 3-cü yerlərə layiq görüldülər.
Belarus, "Azərbaycan 2”, Özbəkistan digər yerləri bölüşdürdülər.