Tələbələrin üzgüçülük yarışı yekunlaşıb

Tələbələrin üzgüçülük yarışı yekunlaşıb




"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında respublika çempionatı keçirilir. Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə razılaşdırılmış təqvim planına müvafiq olan yarışda tələbələrimiz bir neçə idman növü üzrə güclərini sınayıblar. Qeyd edək ki, üzgüçülük yarışlarında 7 komanda iştirak edib. Azərbaycan Dövlət Neft Akademiyası I, Azərbaycan Dövlət İqtisad Universiteti II, Milli Aviasiya Akademiyası III pillədə qərarlaşıb.