Üzgüçümüz Avropa çempionu olub

Üzgüçümüz Avropa çempionu olub


Hollandiyanın Eyndhoven şəhərində keçirilən üzgüçülük üzrə Avropa çempionatında Azərbaycan Paralimpiya milli komandasının üzvləri Dmitriy Saley və Eldar Əfəndiyev 200 metr məsafəyə kompleks üzməkdə yüksək nəticə göstərərək finala vəsiqə qazanıblar.
Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən xəbərə görə, final mərhələsində üzgüçümüz Dmitriy Saley 2 dəqiqə 13 saniyə nəticə göstərərək qızıl medala sahib olub.

olimpnews.az