Təşkilat Komitəsi test yarışlarının təqvimini hazırlayıb

Təşkilat Komitəsi test yarışlarının təqvimini hazırlayıb

Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunları Təşkilat Komitəsi test rejimi çərçivəsində keçiriləcək idman yarışlarının təqvimini hazırlayıb. Bu haqda Təşkilat Komitəsinin rəsmi saytında məlumat verilib. İdmanın 45 növü üzrə təşkil ediləcək yoxlama yarışlarında 84 00 idmançı iştirak edəcək.
Braziliyada XXXI Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi ilə keçirilən ilk sınaq yarışları yelkən idmanı üzrə təşkil ediləcək. Yarışda 23 Olimpiya medalçısı da daxil olmaqla, 300 idmançı qüvvəsini sınayacaq.