Akademik avarçəkənimiz yeniyetmələrin Yay Olimpiya Oyunlarının final mərhələsinə çıxıb

Akademik avarçəkənimiz yeniyetmələrin Yay Olimpiya Oyunlarının final mərhələsinə çıxıb

Çinin Nankin şəhərində keçirilən yeniyetmələrin II Olimpiya Oyunları davam edir. İdmançımız Boris Yotov Olimpiadada uğurla çıxış edərək akademik avarçəkmə yarışlarının final mərhələsində qüvvəsini sınamaq hüququ qazanıb.
Avqustun 19-da keçirilən bir nəfərlik qayıqda (JM 1X) yarışın yarımfinal mərhələsində 1000 metr məsafəyə 3 dəqiqə 23,85 saniyə nəticə ilə çıxış edən B.Yotov finalda mübarizə aparmaq hüququ əldə edib. Qeyd edək ki, final yarışları avqustun 20-də keçiriləcək.