Kikboksinq üzrə dördqat dünya çempionu İrakli Qvindjiliya oğurluq edərkən yaxalanıb. Dünya çempionunu Moskvada "Şokoladnitsa” kafesində bir müştəridən 70 min rubl oğurlayıb. Qvindjiliya müştərinin cibindən oğurladığı pulları daha sonra öz ehtiyacları üçün xərcləyib. Oğurluq edən adamın şəxsiyyətini müəyyən etmək üçün elə də çox vaxt tələb olunmayıb.
Bir ticarət şirkətinin direktoru olan kafe müştərisi polisə müraciət edərək bildirib ki, onun pencəyinin cibindən 70 min rubl çıxarılıb. İş adamının köməyi ilə hüquq-mühafizə orqanları oğrunun şəxsiyyətini təyin etməyi bacarıblar. Məlum olub ki, oğurladığı dünya çempionu İrakli Qvindjiliya edib. İdmançı oğurluq əməlini tamamilə etiraf edib.
İş adamı idmançının tanındığını nəzərə alaraq ondan şikayət etməyib. İrakli Qvindjiliya bildirib ki, həmin pulları şəxsi ehtiyacları üçün xərcləyıb. İdmançı oğurladığı pulları geri qaytara bilməyəcəyini söyləyib.
Qeyd edək ki, İrakli Qvindjiliya kikboksinq üzrə Gürcüstan yığmasının üzvü olub. O, ölkənin nüfuzlu və titullu idmançılarından biridir. 2004-cü ildə "K-1” üzrə dünya çempionu olan İrakli Qvindjiliya bu müvəffəqiyyətini daha üç dəfə təkrarlayıb.