Braziliyalılar Olimpiya oyunlarına 1,2 milyon bilet alıblar

Braziliyalılar Olimpiya oyunlarına 1,2 milyon bilet alıblar


Rio-2016 Yay Olimpiya Oyunları Təşkilat Komitəsinin məlumatına görə, braziliyalılar yarışları izləmək üçün 1,2 milyon bilet alıblar.
Təşkilat Komitəsi tərəfindən biletlərin satışı iki mərhələdə həyata keçirilir. Birinci mərhələyə aprelin sonunda yekun vurulacaq. İkinci mərhələyə isə iyun ayında start veriləcək. Olimpiadada yarışları izləmək üçün 7,2 milyon bilet satışa çıxarılıb. Onun 70 faizi Braziliyanın əhalisi üçün nəzərdə tutulub. Biletlərin müəyyən hissəsi iştirakçı ölkələrin milli Olimpiya komitələri vasitəsilə xaricdə satılacaq.
Rio-2016 Yay Olimpiya Oyunlarına biletlərin yarıdan çoxunu 70 Braziliya realına, yəni 30 ABŞ dollarına almaq mümkündür. Biletlərin 3 faizinin qiyməti 600 realdan (257 dollar) çox olacaq. Olimpiadanın açılış mərasimi üçün nəzərdə tutulan ən bahalı biletin qiyməti isə 4,6 min real (2 min dollara yaxın) təşkil edir.