Uqanda Soçi-2014 Olimpiadasında debüt edəcək

Uqanda Soçi-2014 Olimpiadasında debüt edəcək

Uqanda 2014-cü ildə Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarında debüt edəcək. Afrika ölkəsini bu olimpiadada snoubordçu Brolin Mavece təmsil edəcək. İdmançı hazırda ABŞ-da yaşayır və iki dəfə ölkə çempionu tituluna layiq görülüb.
Qeyd edək ki, bu vaxta qədər Uqanda idmançıları yalnız qış paralimpiya oyunlarında qüvvələrini sınayıblar. Uqandalı Tofiri Kibuuka 1976 və 1980-ci illərdə keçirilən paralimpiya oyunlarının xizək yarışlarında iştirak edib. Lakin o, bu olimpiadalarda Norveç bayrağı altında çıxış edib.