Atletika üzrə Avropa çempionatı ləğv olundu

Atletika üzrə Avropa çempionatı ləğv olundu

Bu ilin avqust ayında Fransanın paytaxtı Parisdə keçirilməsi gözlənilən atletika üzrə Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar olaraq​ ləğv olunub. Bu barədə Təşkilat Komitəsi və Fransa Atletika Federasiyası birgə qərar qəbul edib. “Əsas insanların sağlamlığıdır. Biz hesab etdik ki, yarışların təxirə salınması daha doğru qərardır”, - deyə Fransa Atletika Federasiyasının prezidenti Andre Jiro bildirib.