FİBA nəticələri ləğv etdi

FİBA nəticələri ləğv etdi

Beynəlxalq Basketbol Federasiyasının (FİBA) rəhbərliyi pandemiyaya görə yarımçıq dayandırılan 3 turnirin - qadınlar arasında Avroliqa və Avrokubok, habelə kişilər arasında Avropa kuboku yarışlarının nəticələrini ləğv edib.
Qadınlar arasında Avroliqa və Avrokubok yarışı dörddəbir finaldan sonra yarımçıq dayandırılmışdı. Kişilər arasında Avropa kuboku yarışlarında isə yarımfinal oyunları keçirilməli idi. Həmin mərhələyə Türkiyənin “Pınar Karşıyaka” və “Bahçeşehir”, Almaniyanın “Bayroyt” və Danimarkanın “Bakken” komandaları yüksəlmişdi.
Qeyd edək ki, FİBA Çempionlar Liqasını ləğv etmək istəmir. Bu turnirin sentyabrda davam etdiriləcəyi gözlənilir.