Sergey Bubkanın rekordu yeniləndi

Sergey Bubkanın rekordu yeniləndi

İsveçli atlet Arman Düplantis  tullanmada yeni dünya rekordunu müəyyən edib. Romada keçirilən “Brilliant Liqa” mərhələsində atlet 6,15 metr - əvvəlki rekorddan bir santimetr yüksəyə tullanıb. Beləliklə, A.Düplantis ukraynalı Sergey Bubkanın 26 il əvvəl açıq meydançalarda qazandığı nailiyyətlərini yeniləyib. Xatırladaq ki, 1994-cü ildə ukraynalı idmançı 6,14 metrə atlamışdı.
2020-ci ilin fevral ayında Arman Düplantis Qlazqoda keçirilən beynəlxalq turnirdə (6,18 metr) qapalı məkanda dünya rekordu müəyyənləşdirib.
Qeyd edək ki, 20 yaşlı isveçli atlet 2019-cu ildə keçirilən dünya çempionatının gümüş mükafatçısıdır və onun aktivində 2018-ci ildə təşkil olunan Avropa birinciliyinin qızıl medalı var.