Azərbaycanlı ağırlıqqaldıran dopinqə görə 4 il müddətinə idmandan uzaqlaşdırıldı

Azərbaycanlı ağırlıqqaldıran dopinqə görə 4 il müddətinə idmandan uzaqlaşdırıldı

Orqanizmində istifadəsi qadağan olunmuş preparat aşkarlanan Azərbaycanın daha bir ağırlıqqaldıranı Hüseyn İsmayılovun cəza müddəti açıqlanıb. 94 kq çəki dərəcəsində çıxış etmiş idmançı 4 il müddətinə diskvalifikasiya olunub. Orqanizmində testosteron maddəsi tapılan 21 yaşlı idmançının cəzası 2018-ci il iyunun 11-dən qüvvəyə minib.