Millətlər Liqasında final mərhələsinin püşkü atıldı

Millətlər Liqasında final mərhələsinin püşkü atıldı

Bu gün UEFA Millətlər Liqasında final mərhələsinin püşkü atılıb. Yarımfinalda üz-üzə gələcək cütlüklər müəyyənləşib. Beləliklə, finala vəsiqə uğrunda İtaliya İspaniya ilə, Belçika isə Fransa ilə qarşılaşacaq.

Millətlər Liqası, final mərhələsi

Yarımfinal

6 oktyabr İtaliya - İspaniya

7 oktyabr Belçika - Fransa

10 oktyabr 3-cü yer uğrunda oyun Final

Qeyd edək ki, "dördlər finalı"nın oyunları İtaliyada keçiriləcək.