Pyer Qasli: “Bakıda podiuma çıxacağımı gözləmirdim”

Pyer Qasli: “Bakıda podiuma çıxacağımı gözləmirdim”

Formula 1 Azərbaycan Qran-Prisində üçüncü olan "Alpha Tauri" komandasının pilotu Pyer Qasli yürüş barədə deyib.
“İnanılmaz yürüş oldu. Nə deyəcəyimi bilmirəm. Azərbaycan Qran-Prisi möhtəşəm idi. Bakıda podiuma çıxacağımı gözləmirdim. Amma sonunda bunu bacardıq. Həqiqətən inanılmazdır. Karyeramda üçüncü dəfə podiuma qalxıram. Daha əvvəllər birinci və ikinci olmuşam. Bu gün isə yarışı üçüncü sırada başa vurdum”.