2022 Qış Olimpiya Oyunları təxirə bilər

2022 Qış Olimpiya Oyunları təxirə bilər

Amerikalı millət vəkilləri Maykl Makkol, Qreqori Miks, Mayk Qallaher və Tom Malinovski 2022-ci ildə Pekində keçirilməsi planlaşdırılan Olimpiya Oyunlarını təxirə salmağı təklif ediblər. Onlar artıq ABŞ Konqresinin aşağı palatasına müvafiq qətnamə də təqdim ediblər.
Bu addıma səbəb isə Sintszyan-Uyğur muxtar rayonunda kütləvi repressiyalardır.
“Əgər uyğurların təqib olunması və digər pozuntular davam edərsə, Olimpiadanın keçirilməsi üçün təcili alternativ obyektlərin axtarışı prosesinə başlamaq lazımdır”, - deyə qətnamədə bildirilir.
Qeyd edək ki, bundan əvvəl digər ölkələrdən olan siyasətçilər də 2022-ci il fevralın 4-dən 20-dək Pekin Qış Olimpiadasını boykot etməyə çağırırdılar.