Olimpiya çempionu karyerasını başa vurur

Olimpiya çempionu karyerasını başa vurur

London-2012 Yay Olimpiya Oyunlarının hündürlüyə tullanma üzrə qalibi Anna Çiçerova karyerasını başa vurub. Bu barədə idmançı özü şəxsi sosial hesabında məlumat verib. “Düşünürəm ki, bu sondur. Etiraf edirəm ki, artıq gücüm qalmayıb”,- deyə Olimpiya çempionu vurğulayıb.
Qeyd edək ki, 38 yaşlı A.Çerçerova 2007-ci ildə keçirilən dünya çempionatının gümüş, 2008-ci ildə Pekində təşkil olunan olimpiadanın bürünc medalçısıdır. İdmançı, 2009-cu ildə dünya çempionatının gümüş medalçısı olsa da, dopinq testindən keçdikdən sonra əldə etdiyi mükafatlar ləğv olunub. ​ ​
Anna Çiçerova həmçinin 2011-ci dünya çempionu, 2013-2015-ci illərdə dünya birinciliklərinin üçüncüsüdür. ​