Atletimiz olimpiada ərəfəsində Balkan çempionatının qalibi oldu

Atletimiz olimpiada ərəfəsində Balkan çempionatının qalibi oldu

​Atletika üzrə yığma komandamızın üzvü Anna Skidan Balkan çempionatında iştirak edib. Serbiyanın paytaxtı Belqradda təşkil olunan turnirdə təmsilçimiz uğurla yarışaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarışda çəkicatma​ növündə çıxış edən 29 ukraynalı legionerimiz 71,18 metr nəticə göstərərək qızıl medala sahib çıxıb.​
Qeyd edək ki, Anna Skidan Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.