Tokio-2020-nin iştirakçısı antidopinq qaydalarını pozdu

Tokio-2020-nin iştirakçısı antidopinq qaydalarını pozdu

Tokio-2020 Yay Olimpiya Oyunlarının marafon yarışında iştirak etmiş Bəhreyn idmançısı El Hassan El Abbassinin nəticəsi ləğv edilib. 37 yaşlı idmançı antidopinq qaydalarını pozmaqda ittiham edilir. O, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının Antidopinq Məcəlləsinin 2.1 və 2.2 maddəsi ilə günahlandırıb.
Qeyd edək ki, El Hassan El Abbassi yarışı 25-ci sırada bitirib. Atlet 2014-ci ildəki Asiya Oyunlarında 10 min metr məsafəyə qaçışda qızıl, 2018-ci il Asiya çempionatında isə gümüş medal qazanıb.