“Uşaq atletikası” yarışlarının qalibləri müəyyənləşdi 

“Uşaq atletikası” yarışlarının qalibləri müəyyənləşdi 

Dünya Atletikasının AOD proqramının və Milli Olimpiya Komitəsinin dəstəyi ilə Azərbaycan Atletika Federasiyası və "Rekord" idman klubunun birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Uşaq atletikası” yarışları keçirilib. Yarışda "Rekord" idman klubundan 2, 1 Nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən, Nizami rayonu 251 nömrəli orta məktəbdən, Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasından, Binəqədi rayonu 3 nömrəli tam orta məktəbdən 1 komanda öz gücünü sınayıb.
Yarışda 1 Nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Binəqədi rayon 3 saylı tam orta məktəbin komandası ikinci, "Rekord" idman klubunun komandası isə üçüncü pillələrdə qərarlaşıblar.
Qalib gələn idmançılar federasiya tərəfindən diplom və medallarla təltif olunublar.