Atletimiz Almaniyada mükafatçılar sırasında yer aldı

Atletimiz Almaniyada mükafatçılar sırasında yer aldı

Azərbaycan atleti Nazim Babayev Almaniyanın Karlsrue şəhərində keçirilən “World Indoor Tour” (Gold Level) turnirində gümüş medal qazanıb. Üç təkanla tullanma növündə mübarizə aparan idmançımız 16,76 metr nəticə ilə fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
N.Babayev Vətən müharibəsində şəhid olmuş hərbçilərin sayını, həmçinin Milli qəhrəmanlar Mübariz İbrahimovla Polad Həşimovun adlarının yazıldığı kağızı əlində tutaraq qələbəsini onlara həsr etdiyini göstərib.
Qeyd edək ki, turnirdə birinci yeri yunanıstanlı atlet Andreas Pantazis (16,79 metr) tutub. Almaniyalı idmançı Maks Hess isə 16,71 metr göstərici ilə yarışda üçüncü yerə sahib çıxıb.