Taekvondoçularımız sabah beynəlxalq turnirdə mübarizəyə başlayırlar

Taekvondoçularımız sabah beynəlxalq turnirdə mübarizəyə başlayırlar

Sabah İranın paytaxtı Tehranda “Fajr Open” beynəlxalq turniri start götürəcək. Martın 9-dək davam edəcək yarışda kişi taekvondoçulardan Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov, Samir Məhərrəmov, Qaşım Maqamedov (hamısı 63 kq), Yaşar Məmmədli, Cavad Ağayev (hər ikisi 68 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Eltac Qafarov (hər ikisi 74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Radik İsaev (+87 kq ) mübarizə aparacaq.
Qadınlarda isə Minayə Əkbərova, Sona Ağayeva (hər ikisi 46 kq), Röya Hacıyeva (49 kq), Patimat Abakarova, Səidə Əliyeva (hər ikisi 53 kq), Fatimə Məcidova (57 kq), Nuranə İbrahimova (62 kq), Fəridə Əzizova (67 kq) dayanq üzərinə çıxacaq.
Qeyd edək ki, “Fajr Open” turnirindən sonra idmançılarımız martın 10-13-də Asiya regionu üzrə “President Cup” G2 kateqoriyalı beynəlxalq turnirdə mübarizə aparacaq.