Boksçularımızın qitə çempionatındakı ilk rəqibləri müəyyənləşdi

Boksçularımızın qitə çempionatındakı ilk rəqibləri müəyyənləşdi

Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatı start götürəcək. Artıq yarışda iştirak edən Azərbaycan idmançılarının ilk rəqibləri müəyyənləşib. Təmsilçilərimizdən əvvəlcə rinqə Zeynəb Rəhimova (52 kq) çıxacaq. Onun italiyalı Alyona Savçukla döyüşü oktyabrın 15-nə təsadüf edək. Günel Rəhimovanın (48 kq) Demye-Jade Rejtan (İngiltərə) ilə qarşılaşması oktyabrın 17-də olacaq. Anaxanım İsmayılova (50 kq) Yaroslava Marinçuk (Ukrayna), Şəhla Allahverdiyeva (66 kq) Yelena Yaniçiyeviç (Serbiya) döyüşü isə oktyabrın 19-da baş tutacaq.
Oktyabrın 21-də isə Aynur Rzayeva (+81 kq) Zayra Qarsia (İspaniya) - Darya Kozores (Moldova) cütünün qalibi ilə mübarizə aparacaq.
Avropa çempionatında 31 ölkədən 164 boksçu qüvvəsini sınayacaq. Yarışın qaliblərinin adına oktyabrın 22-də aydınlıq gələcək.