Karateçilərimiz ilin son Seriya A turnirini 2 medalla başa vurdular 

Karateçilərimiz ilin son Seriya A turnirini 2 medalla başa vurdular 

Noyabrın 18-20-də İndoneziyanın paytaxtı Cakartada Karate1 Seriya A turniri keçirilib. Mövsümün son Seriya A turnirinə 65 ölkədən 661 karateçi qüvvəsini sınayıb. Kumite üzrə kişilərdən ibarət milli komandamız baş məşqçisi Qurban Tağıyevin rəhbərliyi altında 13 idmançı ilə təmsil olunub. Azərbaycan təmsilçilərindən kişilərin mübarizəsində Ayxan Mamayev (84 kq), qadınların yarışında isə Mədinə Sadıqova (55 kq) fərqlənərək nüfuzlu turniri bürünc medalla başa vurub.