Qətər:2022: Uels məğlubiyyətdən qaça bildi

Qətər:2022: Uels məğlubiyyətdən qaça bildi

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında ikinci oyun gününə yekun vurulub. Günün son oyununda B qrupunda yer alan ABŞ və Uels komandaları üz-üzə gəlib. Qrupun ikinci oyununda qalib müəyyənləşməyib -1:1. Oyunda hesab 36-cı dəqiqədə açılıb. ABŞ futbolçusu Timoti Vea komandasını hesabda önə çıxarıb. Matçın 82-ci dəqiqəsində isə Ules millisinin lideri Qaret Beyl rəqib qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını məğlubiyyətdən qurtarıb. Bu, eyni zamanda Qətər-2022-nin ilk heç-heçəsi olub.
Xatırladaq ki, bu gün keçirilən qrupun digər oyununda İngiltərə seçməsi İranı 6:2 hesabı ilə darmadağın edib. İlk turdan sonra İngiltərə komandası 3 xalla qrupa liderlik edir. Hərəyə 1 xal toplayan ABŞ və Uels isə qrupda ikinci, üçüncü yerləri bölüşür. Xalı olmayan İran isə qrupda sonuncu pillədədir.