«Gələcək barədə heç nə demək istəmirəm»

«Gələcək barədə heç nə demək istəmirəm»

Niderland millisinin hücumçusu Memfis Depay mundialdan sonra «Barselona»da çıxışı ilə bağlı fikirlərini bildirib. O, qeyd edib ki, hələ bu barədə ciddi bir qərara gəlməyib. «Hələ ki, bu barədə fikir formalaşmayıb. Hazırda əsas diqqətimi dünya çempionatına yönəltmişəm. Zədəmi sağaldıb, mundial həyəcanı yaşayıram. Gələcək barədə heç nə demək istəmirəm», deyə Depay insayder Fabrisio Romanoya məlumat verib.