Almaniya yığmasında bir oyunluq itki

Almaniya yığmasında bir oyunluq itki

Almaniya milli komandasının vingeri Leroy Sane Yaponiya ilə qarşılaşmada əsas heyətə daxil edilməyib. Bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, 26 yaşlı futbolçu dizindən aldığı müalicə səbəbindən həmin qarşılaşmada iştirak etməyəcək .